Zelenski Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirdi

Zelenski Rusiya ilə danışıqlar üzrə nümayəndə heyətinin tərkibini genişləndirdi
23.07.2025 10:34 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin sayını artırıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Müvafiq prezident fərmanına əsasən, heyətin tərkibi 12 nəfərdən 14 nəfərə çatdırılıb.

Sənədə görə, nümayəndə heyətinə iki yeni üzv – Ombudsman Aparatının nümayəndəsi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından daha bir təmsilçi daxil edilib.

Bu dəyişikliklər fonunda tərəflər arasında növbəti raund danışıqların yaxın günlərdə keçirilməsi gözlənilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər