Zelenski: “Moskvaya təzyiq olmadan ədalətli sülh əldə edilə bilməz”

Dünya

21.05.2025 19:12

Ukrayna prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında NATO-nun baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını paylaşıb.

TodayPress TV xəbər verir ki, dialoqun əsas mövzularından biri Rusiyaya təzyiq olub.

"NATO-nun baş katibi Mark Rutte ilə söhbət etdim. Biz hazırkı vəziyyət, birgə növbəti addımlar və Rusiyaya təzyiq etmək zərurətindən danışdıq" Ukrayna lideri yazıb.

Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmasların təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib.

Zelenski həmçinin bildirib ki, o, NATO-nun baş katibi ilə Rusiyaya təsir edə biləcək sanksiyalar barədə danışıb. Ukraynalı siyasətçinin sözlərinə görə, bütün qərarların razılaşdırılması vacibdir, bundan sonra sanksiyalar işləyəcək.

“Moskvaya təzyiq olmadan ədalətli sülh əldə edilə bilməz: “Bunu hamı başa düşür” deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Rutte ilə Ukraynanın NATO ilə əməkdaşlığı, gələcək görüşlərə və təmaslara hazırlıq barədə ayrıca danışıb.

Nicat Osman


tag: Ukrayna ,Volodimir,Zelenski ,NATO,Todaypress.tv,