Zelenski İstanbuldakı danışıqlar barədə Starmerə məlumat verdi
Ukrayna prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında Böyük Britaniyanın Baş naziri Kir Starmeri Rusiya nümayəndə heyəti ilə İstanbulda apardığı danışıqlar barədə məlumatlandırdığını bildirib.
TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Zelenskinin İstanbulda Rusiya ilə danışıqlar barədə məlumat verdiyi ilk xarici lider olub.
"Böyük Britaniyanın baş naziri ilə çox yaxşı söhbət oldu. Ona İstanbulda Rusiya tərəfi ilə dünənki görüş haqqında məlumat verdim", - Ukrayna lideri yazıb.
Nicat Osman