Tusk ikinci "Donald baba" olmaq istəmir

Dünya

27.06.2025 18:50

Polşanın Baş naziri Donald Tusk NATO-nun Baş katibi Mark Ruttenin ABŞ Prezidenti Donald Tramp haqqında səsləndirdiyi “papa” ifadəsinə ironik cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" yazıb.

“Əgər bilmirdinizsə, mənim adım Donalddır... Atamın da adı Donald idi. Bir “papa” kifayətdir – xüsusən də bu adda”, - deyə o bildirib.

Xatırladaq ki, NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın İran və İsrail arasındakı konfliktlə bağlı fikirlərinə şərh verərkən, zarafatla ABŞ liderini “papa” adlandırmışdı. “Papa bəzən kəskin ifadələr işlətməli olur ki, onlar dayansınlar”, - o deyib.

Bundan sonra Ağ Ev ABŞ Prezidentinin videosunu "Ata evə qayıtdı" (Daddy’s home) mahnısı fonunda yayımlayıb. Videoda yazılıb: “Papa evdədir... Salam, papa, salam. Prezident Donald Tramp NATO sammitində Haaqada, Niderlandda iştirak edib”.

Töhfə Səməd

tag: Polşa,Baş nazir,Tusk,Rutte,Tramp,Papa,todaypress.tv,