"ChatGPT Agent" təqdim edildi

Dünya

21.07.2025 11:53

"OpenAI" bu gün keçirdiyi təqdimatda “ChatGPT Agent” adlı yeni süni intellekt sistemini ictimaiyyətə tanıtdı. Yeni sistem istifadəçiyə yalnız mətnlə cavab verməklə kifayətlənmir, həm də birbaşa kompüter üzərində tapşırıqları icra edə, kod yaza, analiz apararaq API bağlantıları qura bilir.

TodayPress TV xəbər verir ki, bu yeni texnologiya "OpenAI"ın əvvəlki məhsulları olan vizual brauzer “Operator” və məlumatları dərin təhlil edən “Deep Research” vasitələrinin inteqrasiyası ilə daha da gücləndirilib.

Yeni imkanlar nələrdir?

"OpenAI"nin verdiyi məlumata görə, "ChatGPT Agent" aşağıdakı funksiyalarla seçilir:

Veb-saytlarda gəzinərək istifadəçi adından əməliyyat aparmaq

Dərin təhlil və məlumatların sintetikası

Öz terminalını açaraq kod yazmaq və səhvləri düzəltmək

"Google Drive", "Calendar", "GitHub" kimi platformalarla inteqrasiya və API bağlantıları qurmaq

Bu addım, süni intellektin yalnız cavab verən deyil, aktiv fəaliyyət göstərən “agent” funksiyasına keçidi baxımından mühüm mərhələ sayılır. Lakin "OpenAI" bu sahədə tək deyil – "Perplexity" şirkəti “Comet” adlı brauzer əsaslı süni intellekt agenti üzərində işləyir, "Amazon" “Buy For Me” adlı alış-veriş yönümlü agentlərini hazırlayır, "Google" isə “Gemini 2.0” modeli ilə çoxtapşırıqlı yanaşmanı təkmilləşdirir.

Qiymət Mahir

tag: OpenAI,ChatGPT ,ChatGPT Agent,Google Drive,Todaypress.tv,