Zaxarova: “Avropanın hərbiləşdirilməsi” ilin ifadəsinə çevrilə bilər”
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Avropa siyasətçilərinin hərbi ritorikası fonunda “Avropanın hərbiləşdirilməsi” ifadəsi 2025-ci ilin əsas terminlərindən birinə çevrilə bilər.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Sputnik”ə müsahibəsində qeyd edib.
“Gündəlik müharibə ritorikası və artan hərbi büdcələr bu termini aktuallaşdırır. Amma məsuliyyət hissi yoxdur – söhbət Avropanın taleyindən gedir” deyə o, bildirib.
Zaxarova Almaniya kansleri Fridrix Mertsin Ukraynaya verilən uzaqmənzilli silahlarla bağlı bəyanatına da toxunub.
Onun sözlərinə görə, bu açıqlama böyük ajiotaja səbəb olub, lakin sonradan Almaniya rəhbərliyindən gələn ziddiyyətli şərhlər vəziyyəti daha da qarışdırıb.
Qiymət Mahir
tag: Rusiya ,Mariya Zaxarova,Avropa ,Almaniya,Fridrix Merts,Todaypress.tv,