İsrail Qəzzadan qoşunlarını çıxarmağa başladı

Dünya

10.10.2025 11:43

İsrail Müdafiə Ordusu HƏMAS-la əldə edilmiş razılaşma çərçivəsində Qəzza zolağından qoşunlarını mərhələli şəkildə razılaşdırılmış mövqelərə çəkməyə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Qoşunların bir hissəsi Qəzzadan tamamilə çıxarılıb, digərləri isə yeni cəbhə xətti boyunca mövqelərdə qalır”, - deyə nəşr qeyd edib.

Razılaşmaya əsasən, İsrail qoşunlarını oktyabrın 10-u günün sonuna qədər geri çəkməlidir. Əməliyyat başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağının təxminən yarıdan çox hissəsinə, əsasən şəhər mərkəzlərindən kənar ərazilərə nəzarəti saxlayacaq.

Digər tərəfdən, “Əl-Ərəbiyə” telekanalı xəbər verir ki, oktyabrın 10-u İsrail hərbi təyyarəsi Qəzzanın cənubundakı Xan Yunis şəhərinə güclü hava zərbəsi endirib. Həmçinin Qəzzanın mərkəzi hissəsində artilleriya atəşi qeydə alınıb.

Aysel Mətləb

TodayPress TV

tag: İsrail ,HƏMAS,Qəzza ,Razılaşma,Todaypress.tv,