Yevgeniya Qutsul həbsdə olması ilə bağlı danışdı
Dünya
17.07.2025 16:05
Moldovanın Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul, özünün avqustun 5-də çıxarılacaq hökmədək həbsdə saxlanılacağını düşünür.
TodayPress TV xəbər verir ki, Qutsul bu fikri Apellyasiya Palatasının onun həbs müddətinin uzadılması ilə bağlı qərarından əvvəl jurnalistlərə bildirib:
"Apellyasiya Palatasının bugünkü qərarına heç bir ümidim yoxdur. Çox güman ki, onlar 30 günlük həbsi təsdiqləyəcək və avqustun 5-də ikinci iş üzrə hökm elan olunacaq".
Qutsulun vəkilləri onun həbs müddətinin uzadılmasına etiraz etsələr də, qərarın dəyişməyəcəyinə inanmadıqlarını bildiriblər.
Moldovanın müxalifət liderlərindən biri İlan Şor isə Qutsulun həbsini onun parlament seçkilərində iştirakının qarşısını almaq cəhdi kimi qiymətləndirib.
Türkan İsgəndərli
tag: Moldova,Qaqauz,Palata,Hökm,Todaypress.tv,