Yermak: "Əvvəlcə əsirləri dəyişdirin, sonra görüş yerini müəyyənləşdirin"
Dünya
22.05.2025 10:59
"Ukrayna böhranını həll etmək üçün Kiyev Rusiya ilə məhbus mübadiləsi aparmalı və bundan sonra növbəti diplomatik təmas üçün yer müəyyənləşdirməlidir".
TodayPress TV xəbər verir ki, münaqişənin həlli ilə bağlı növbəti addımları "Telegram"da Ukrayna prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak açıqlayıb.
"Bizim mövqeyimiz aydındır: birinci addım "1000-ə 1000" formatında məhbusların mübadiləsinə dair razılaşma olmalıdır. İkincisi, Rusiya Federasiyasının nümayəndələri ilə növbəti görüşün yerini müəyyənləşdirməkdir" deyə o yazıb.
Aparat rəhbəri əlavə edib ki, Kiyev münaqişənin həlli təşəbbüslərini sabotaj etmək iddiası ilə Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çalışmaqda davam edəcək.
Töhfə Səməd
tag: Ukrayna ,Kiyev,Rusiya,Andrey Yermak,todaypress.tv,