Almaniya İsrailə hərbçi göndərir

Dünya

18.10.2025 17:00

Almaniya İsraildə HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının icrasına nəzarət etmək üçün Bundesverin üç hərbçisini göndərir.

TodayPress TV Almaniya KİV-ə istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumat yayıb.

Məlumata əsasən, Komandada iki zabit və bir briqada generalı yer alacaq. Onlar gələn həftə İsrailə gedərək vəzifələrini “formada, lakin silahsız” şəkildə yerinə yetirəcəklər. Hərbçilər İsrailin cənubunda fəaliyyət göstərən Hərbi-Mülki Əlaqələndirmə Mərkəzində işləyəcəklər.

Mərkəzin tikintisi davam edir və orada ümumilikdə 200-ə yaxın hərbçi xidmət göstərəcək.

Qeyd edilib ki, qurum monitorinq aparmaqla yanaşı, Qəzza zolağına humanitar yardımın tədarükünü koordinasiya edəcək.

Jalə Rövşən

TodayPress TV

tag: Almaniya ,Hərbçi,İsrail, Almaniya Müdafiə Nazirliyi,Todaypress.tv,