Britaniya: Rusiya “taktiki nüvə silahı”nı tətbiq edə bilər
Dünya
04.06.2025 12:29
“Rusiya yaxın zamanlarda Ukrayna ilə müharibədə taktiki nüvə silahı tətbiq edə bilər”.
TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” qəzetində britaniyalı polkovnik Riçard Kemp yazıb.
Kempin iddiasına görə, Vladimir Putin artıq dəfələrlə bu tip silahdan istifadəyə hazır olduğunu bildirib və bu mesajlar tez-tez dövlət nəzarətindəki media vasitəsilə dolaylı şəkildə çatdırılıb.
“Putin hesab edə bilər ki, adi nüvə başlığından daha zəif gücə malik belə bir cihazı ataraq, özünün “məğlubedilməzliyini” nümayiş etdirə və Zelenskini təslim olmağa məcbur edə bilər”, – deyə müəllif vurğulayır.
Məqalədə bildirilib ki, ABŞ dəfələrlə Rusiyanın taktiki nüvə silahından istifadəsinə icazə verməyəcəyini bəyan etsə də, prezident Donald Trampın Avropanın müdafiəsinə dair öhdəlikləri ilə bağlı qeyri-müəyyən mövqeyi Kremldə risk etməyə təşviq kimi dəyərləndirilə bilər.
Kempin fikrincə, Rusiyanın yaxın günlərdə Ukraynanın hərbi hava bazalarından birinə zərbə endirməsi mümkündür – bu, Rusiya bombardmançılarının son hücumda məhv edilməsinə birbaşa cavab ola bilər.
Polkovnik qeyd edir ki, bu cür hücum NATO mütəxəssislərinin, o cümlədən bölgədə gizli şəkildə Ukraynaya dəstək verən britaniyalı əsgərlərin həlak olması ilə nəticələnə bilər.
Qiymət Mahir
tag: Britaniya,Rusiya,Ukrayna,ABŞ,todaypress.tv,
Medinski: "Rusiya ukraynalı uşaqlarla bağlı siyahını qəbul edib"
04.06.2025
Rusiyanın prezidenti Vladimir Putinə oğurlanmış ukraynalı uşaqlardan ibarət siyahı təqdim edilib. TodayPress TV “Rİ...
Moskva və Kiyev “1000-ə qarşı 1000” əsir mübadiləsi üzərində işləyir
22.05.2025
“Rusiya və Ukrayna arasında 16 mayda İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış “1000-ə qarşı 1000” formatında ə...
Çin ABŞ ilə ticarət müharibəsi aparmaq istəmir
11.06.2025
"Çin Xalq Respublikası Vaşinqtonla iqtisadi əməkdaşlığın tərəfdarıdır və ticarət müharibəsi aparmaq niyyətində deyil, la...
Yaponiya İsrailin İrana zərbəsini pislədi
13.06.2025
Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib ki, Yaponiya İsrailin İrana hərbi zərbə endirməsini pisləyir. ...
NATO ən böyük silah istehsalını təsdiqləyir
05.06.2025
NATO ölkələri Soyuq Müharibədən bəri ən böyük silah artımını təsdiqləyib.TodayPress TV xəbər verir ki, bu barədə Almaniy...
Orpo: "Rusiyaya təzyiq artırılmalıdır"
01.06.2025
"Qərb Ukraynada müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqləri daha da artırmalıdır".TodayPress TV xəbər verir ki, bunu...
Selçuk Bayraktar: "Azərbaycanda yüksək texnologiyalar inkişaf etdiririk"
04.06.2025
"Keçmişimiz də, gələcəyimiz də birdir".TodayPress TV xəbər verir ki, bunu Baykar şirkətinin İdarə Heyətinin sədri Selçuk...
İran AEBA ilə əməkdaşlığı dayandırmaq qərarını təsdiqlədi
25.06.2025
İran parlamenti Birləşmiş Millətlər Təşkilatının nüvə proqramına nəzarət edən qurumu – AEBA ilə əməkdaşlığın dayand...
Cənubi Koreya və Avstraliya liderləri görüşdü
17.06.2025
Cənubi Koreya prezidenti Li Çje Myon və Avstraliyanın Baş naziri Antoni Albanese Kanadada keçirilən G7 Liderlər Sammiti...
Lеоnаrd Lаudеr vəfat etdi
16.06.2025
Amerikanın kosmetika nəhəngi "Estee Lauder Companies" şirkətinin həmtəsisçilərinin oğlu və Direktorlar Şurasının fəxri s...