Yeni sanksiyalar Rusiya neftinin qiymətlərini aşağı sala bilər

Dünya

27.05.2025 11:14

3

Avropa Komissiyası, Fransa, Almaniya və İtaliya kimi aparıcı ölkələrin dəstəyi ilə Rusiyaya qarşı sanksiyaların 18-ci paketi çərçivəsində neftin tavan qiymətini 60 dollardan 45 dollara endirmək istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.

Təklifin məqsədi Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri daha da azaltmaq və iqtisadi təzyiqi gücləndirməkdir. Lakin sənəddə qeyd olunur ki, bu təşəbbüs hələlik nə Aİ-nin 27 üzvü, nə də “Böyük yeddilik” (G7) ölkələri tərəfindən tam dəstəklənmir.

Xüsusilə Macarıstan və Yunanıstan kimi bəzi üzv ölkələr neftə tətbiq olunacaq yeni qiymət həddinə skeptik yanaşır və belə bir qərarın iqtisadi və enerji təhlükəsizliyinə mümkün təsirlərini araşdırırlar.

Xatırladaq ki, Aİ Şurası 20 mayda Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləmişdi. Yeni – 18-ci paket isə hazırda müzakirə mərhələsindədir.

Qiymət Mahir

tag: Avropa Komissiyası,Fransa,Almaniya ,İtaliya ,todaypress.tv,