Yeni doğulan körpəsini zibil qutusuna atdı - Çində dəhşətli hadisə

Yeni doğulan körpəsini zibil qutusuna atdı - Çində dəhşətli hadisə
10.09.2026 06:10 Dünya

Çinin Xenan əyalətində qadın ictimai tualetdə yeni doğulan qızını zibil qutusuna atıb və hadisə yerindən uzaqlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sohu.com” məlumat yayıb.

Məlumata görə, körpə birbaşa tualet kabinəsində dünyaya gəlib. Doğuşdan dərhal sonra ana körpəni polietilen torbaya qoyaraq zibil qutusuna atıb və hadisə yerindən uzaqlaşıb.

Bir müddət sonra təsadüfi yoldan keçənlər zibillərin arasında şübhəli əşya görüblər və torbanı açaraq içərisində yeni doğulmuş körpəyə kömək ediblər. Hadisə şahidlərindən biri uşağı isitmək üçün yorğan gətirib. Daha sonra körpə xəstəxanaya yerləşdirilib.

Bir müddət sonra qadın özü də tibb müəssisəsinə müraciət edib. Həkimlər ona lazımi tibbi yardım göstəriblər.

İlkin ehtimallara görə, qadın bu addımı qızının saxlanması üçün maddi imkanının olmaması səbəbindən atıb.

Ananın beş ilədək həbs cəzası ala biləcəyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər