Yaponiyanın Baş naziri istefa xəbərlərini təkzib etdi
Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa verməyi planlaşdırdığı barədə yayılan xəbərləri təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
“Bəzi KİV-lər bu barədə məlumat yayıblar, lakin mən heç vaxt belə bəyanatlar verməmişəm. Bu xəbərlər həqiqəti əks etdirmir”, - deyə Baş nazir bildirib.
Xatırladaq ki, daha əvvəl “Mainichi” qəzetinə mənbələr bildiriblər ki, İşiba sədri olduğu hakim Liberal Demokrat Partiyasının seçkilərdə uğursuz çıxışından sonra istefa vermək niyyətindədir.
Aysel Mətləb