Vens ABŞ-nin İran-İsrail münaqişəsinə qoşulmasına qarşı çıxdı

Dünya

22.06.2025 04:00

ABŞ və İsrail rəhbərliyi arasında 19 iyun tarixində baş tutan telefon danışığı zamanı ABŞ-ninn vitse-prezidenti Ceyms Devid Vens Vaşinqtonun İran-İsrail münaqişəsinə birbaşa müdaxiləsinə qarşı çıxıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.

Agentlik bildirib ki, telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İzrael Kats, ABŞ müdafiə naziri Pit Heqset və vitse-prezident Vens iştirak ediblər. Ehtimal olunur ki, danışıqlarda başqa yüksək vəzifəli şəxslər də iştirak edib.

“Müzakirələr zamanı Vens açıq şəkildə etiraz edərək bildirib ki, ABŞ bu münaqişəyə birbaşa qoşulmamalıdır. O, həmçinin ehtimal edib ki, İsrail tərəfi ABŞ-ni müharibəyə cəlb etməyə çalışır”.

Ağ Ev isə yayılan bu məlumatla bağlı hər hansı şərh verməkdən imtina edib.

Töhfə Səməd

tag: Vens,ABŞ,İran,İsrail,Todaypress.tv,