Qəzzaya dəstək üçün 44 ölkədən minlərlə aktivist yola çıxır

Dünya

30.08.2025 13:40

Qəzzanı dəstəkləyən və 44 ölkədən minlərlə aktivistin qatıldığı “Sumud Donanma”sı sabah İspaniyadan, sentyabrın 4-də isə Tunis limanından hərəkət etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, donanma hazırda Avropadakı limanlardan birindədir və son hazırlıqlar davam edir. Mühəndislər, kapitanlar və aktivistlər gecə-gündüz səfər üçün hazırlaşırlar. Eyni zamanda, donanmada iştirak edəcək aktivistlərin təlimləri də davam edir.

Qeyd edək ki, Avropanın bir neçə limanından gəmilər hərəkətə keçəcək və Şimali Afrikada da bəzi limanlardan çıxışlar olacaq. Bütün gəmilər Aralıq dənizində birləşərək Qəzzaya doğru yol alacaqlar. Gəmilərə minəcək şəxslər hər ölkənin delegasiya komissiyası və qlobal delegasiyanın seçimi ilə müəyyənləşdirilir.

Töhfə Səməd

tag: Qəzza,Dəstək,Donanma,Aktivist,Todaypress.tv,