Vaşinqton və Kiyev arasında yeni mərhələ

Dünya

08.07.2025 17:43

ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında baş tutmuş telefon danışığı zamanı Tramp Ukraynaya 10 ədəd Patriot raket kompleksi göndərəcəyini və əlavə hərbi təchizat kanallarının yaradılmasına dəstək verəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, bu danışıqdan öncə Tramp Almaniyanın kansleri Fridrix Mertslə də əlaqə saxlayıb. Alman rəsmilərinin bildirdiyinə görə, Merts Trampdan əvvəllər tədarükü dayandırılmış “Patriot” raketlərinin də Ukraynaya göndərilməsini istəyib. Eyni zamanda Merts, Almaniyanın ABŞ-dən əlavə Patriot batareyaları alaraq Kiyevə göndərməyə hazır olduğunu vurğulayıb.

Tramp buna cavab olaraq Almaniyanın mövcud batareyalardan birini Ukraynaya ötürməsini təklif edib. Hələlik tərəflər arasında razılaşma əldə olunmasa da, danışıqların davam etdiyi qeyd olunur.

ABŞ Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahlarının göndərilməsi planlarını təsdiqləyib. 

Nicat Osman

tag: ABŞ,Vaşinqton,Ukrayna,Kiyev,Todaypress.tv,