Vyetnam "Telegram"ı bloklayacaq
Dünya
23.05.2025 16:59
Vyetnam hakimiyyəti, qanunsuz fəaliyyətlərə qarşı əməkdaşlıq etmədiyi üçün əlaqə operatorlarından "Telegram" messencerini bloklamağı tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə Vyetnam Telekommunikasiya Agentliyi ölkənin Daxili İşlər Nazirliyinin Kiber Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.
Rəsmi məlumatlara görə, ölkə daxilində fəaliyyət göstərən 9 600 "Telegram" kanal və qrupunun 68 faizi qanunsuz məzmun yayımlayır. Bu pozuntulara dələduzluq, narkotik vasitələrin satışı və şəxsi məlumatların sızdırılması daxildir.
Vyetnam qanunvericiliyinə əsasən, beynəlxalq platformalar istifadəçi məlumatlarını təqdim etməli və qadağan olunmuş məzmunu silməlidirlər. Əks halda həmin xidmətlərin ölkədə istifadəsi bloklana bilər. Daxili İşlər Nazirliyinin məlumatına görə, "Telegram" bu tələblərə əməl etmir.
Töhfə Səməd
tag: Vyetnam ,Telegram,Təhlükəsizlik,todaypress.tv,