Orban: “İran rəhbərliyinin süqutu Yaxın Şərqi destabilizasiya edə bilər”

Dünya

20.06.2025 12:02

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, İranda hazırkı mərkəzi hakimiyyətin dağılması təkcə bu ölkəni deyil, bütövlükdə Yaxın Şərqi dərin destabilizasiyaya sürükləyə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Kossuth” radiostansiyası məlumat yayıb.

Orban bu fikirləri ilə İran daxilindəki mümkün dəyişikliklərin təsir dairəsinin çox geniş olacağına diqqət çəkib:

“Əgər İranın mərkəzi hökuməti çöksə, ölkənin özü də dağılacaq və ardınca bölgədə sabitliyin pozulması baş verəcək,” – deyə Baş nazir bəyan edib.

Onun sözlərinə görə, bu vəziyyət təkcə İranla məhdudlaşmayacaq və bütün Yaxın Şərq regionunu əhatə edən bir təhlükəyə çevrilə bilər. Orban, həmçinin xəbərdarlıq edib ki, belə bir ssenari Avropa ölkələri üçün də ciddi nəticələr doğura bilər.

“Əgər bölgədə eskalasiya dərinləşsə, bu, neft və qaz qiymətlərində kəskin artıma səbəb olacaq və nəticədə Avropa iqtisadiyyatı da bundan ciddi təsirlənəcək,” – deyə o, əlavə edib.

Qiymət Mahir

tag: İran,İsrail,Avropa,Macarıstan,Viktor Orban,Todaypress.tv,