Valideynin yaşı uşaqlarda genetik dəyişikliklərin sayına təsir edir

Dünya

19.05.2025 00:30

4

Valideynlərin genetik mənşəyi və həyat tərzi uşaqlarda yeni genetik mutasiyaların (DNM) sayına və növünə təsir edir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında dərc olunan genişmiqyaslı araşdırma bildirilib. 

Kembric Universiteti və “Wellcome Sanger” İnstitutunun alimləri 10 min ailədən ibarət genetik məlumatları təhlil edərək valideyn-övlad “DNT”sini müqayisə ediblər. Bu müqayisə nəticəsində 690 minə yaxın yeni mutasiya qeydə alınıb.

Araşdırma göstərib ki, Afrika mənşəli ailələrdə bir nəsildə orta hesabla 67, Avropa, Amerika və Cənubi Asiya mənşəlilərdə isə 64 yeni mutasiya yaranır. Lakin ən güclü təsir ata yaşına bağlıdır: hər il yaş artımı uşağa təxminən 1,5 yeni mutasiya əlavə edir. Ana yaşının təsiri isə ildə 0,4 mutasiya ilə məhduddur.

Alimlər hesab edirlər ki, bu fərqlər həm genetik fondan, həm də ətraf mühit faktorlarından qaynaqlana bilər.

Qiymət Mahir

tag: Valideyn,Uşaq,Alim,Elm,todaypress.tv,