SON DƏQİQƏ: Putinin helikopterini vurmağa çalışdılar

Dünya

25.05.2025 16:19

Mayın 20-də Rusiya prezidenti Vladimir Putinin Kursk vilayətinə səfəri zamanı onun olduğu helikopter Ukraynanın kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumunun episentrinə düşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Rusiya Hava Hücumundan Müdafiə Qoşunları (HHM) diviziyasının komandiri Yuri Daşkin verib.

Komandirin sözlərinə görə, hücum zamanı hava hücumundan müdafiə qüvvələri eyni anda həm döyüş əməliyyatları aparıb, həm də prezidentin helikopterinin təhlükəsizliyini təmin edib.

“Prezidentin olduğu hava məkanında gərginlik çox yüksək idi. Eyni anda bir neçə istiqamətdən PUA hücumu həyata keçirilirdi. Biz həm hücumu dəf edirdik, həm də dövlət başçısının təhlükəsiz enişini təmin etdik” deyə Daşkin bildirib.

Rəsmi məlumatda hücumun nəticələri, zərərçəkənlər və ya texniki itkilərlə bağlı əlavə detallar açıqlanmayıb. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

Töhfə Səməd 

tag: Rusiya ,Vladimir Putin,Kursk,Helikopter,Ukrayna,PUA,todaypress.tv,