Ukraynada “TikTok” və “Telegram”a yaş məhdudiyyəti təklif edildi

Dünya

26.05.2025 17:10

1

Ukrayna Ali Radasının söz azadlığı üzrə komitəsinin sədri Yaroslav Yurçişin ölkədə uşaqlar və yeniyetmələr üçün “TikTok” və “Telegram” platformalarına girişin məhdudlaşdırılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, deputat bu barədə özünün “Telegram” kanalında paylaşım edib: 

“Sosial şəbəkələrdə yaş məhdudiyyətləri ilə bağlı ictimai dialoqa başlamağın vaxtı çatıb. Məsələn, “TikTok” var . “Telegram” isə ümumiyyətlə ayrıca bir mövzudur”.

Yurçişinin fikrincə, Ukraynalı uşaqlar və yeniyetmələr dezinformasiyaya qarşı həssasdır və bu platformalarda təhlükəyə məruz qalırlar. O bildirib ki, Avropa İttifaqında və digər ölkələrdə bu cür məhdudiyyətlər artıq tətbiq olunub: 

“Əgər sosial şəbəkələrin özü bu yeni qaydalara uyğunlaşmasa, onları real cərimələr gözləyir”.

Qiymət Mahir

tag: Ukrayna,TikTok,Telegram, Ali Rada,todaypress.tv,