Ukrayna NATO-nun Haaqa Sammitinə dəvət almayacaq
Dünya
18.06.2025 14:17
Ukrayna 24-26 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək NATO sammitinə dəvət almayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris "LRT" kanalına açıqlamasında bildirib.
“NATO sammitində Ukraynaya dəvət göndərilməsi ilə bağlı heç bir gözlənti formalaşmayıb və belə bir istəyin Ukrayna tərəfindən də səsləndirildiyini eşitməmişik. Nə Vaşinqton sammitindən əvvəl, nə də indi bu məsələ gündəmdə deyil”, – deyə Budris vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban öz tərəfdarları ilə keçirdiyi qapalı görüşdə Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini açıqlamışdı. Onun sözlərinə görə, bu addım NATO ilə Rusiya arasında daimi münaqişə riski yaratdığı üçün real görünmür.
Eyni zamanda, 11 iyun tarixində bəlli olub ki, NATO ölkələri alyansın növbəti sammiti üçün qəbul ediləcək yekun bəyanatdan Ukraynanın üzvlük perspektivini çıxarıblar. Bununla yanaşı, Kiyevə 40 milyard dollar maliyyə yardımı ayrılması vədi də sənəddə yer almayacaq.
Töhfə Səməd
tag: Ukrayna ,Haaqa,NATO ,Sammit,Litva,