Ukrayna müdafiə naziri ABŞ-yə səfir təyin oluna bilər

Dünya

11.07.2025 10:02

Ukrayna müdafiə naziri Rustem Umerov ABŞ-dəki səfir vəzifəsinə təyin oluna bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Romada keçirdiyi mətbuat konfransında açıqlama verib.

Dövlət başçısının sözlərinə görə, belə bir qərar verilərsə, bu, hökumətdə ciddi dəyişikliklərə səbəb olacaq:

“Əgər yaxın vaxtlarda qərara gəlsəm ki, ABŞ-də Ukraynanı təmsil edəcək əsas səfirimiz müdafiə naziri Rustem Umerov olsun, bu, təbii ki, hökumətdə ciddi kadr dəyişikliklərinə gətirib çıxaracaq”.

Zelenski əlavə edib ki, bu məsələdə ABŞ-dəki hazırkı səfir Oksana Markarovanın istefasını artıq müzakirə edib. Onun sözlərinə görə, Markarovanın gələcək fəaliyyətini Ukraynada davam etdirməsini arzulayır.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski ,Roma,ABŞ,Todaypress.tv,