Ərdoğan-Paşinyan görüşü yekunlaşdı- YENİLƏNDİ

Dünya

20.06.2025 21:28

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.

Qeyd edək ki, tərəflər arasında görüş yekunlaşıb.

***

20:30

İstanbulda Türkiyə və Ermənistan liderlərinin görüşü başlayıb.

TodayPress TV xəbər verir ki, əvvəlcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü olacaq.

Bundan sonra iki liderin rəhbərliyi altında nümayəndə heyətlərinin üzvləri danışıqlar aparacaq.

***

19:28

Türkiyədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət etməyi planlaşdırır. 

TodayPress TV "News.am"a istinadən xəbər verir ki, o, bunu İstanbuldakı erməni icmasının nümayəndələri ilə görüşündə bildirib. 

Paşinyanın sözlərinə görə, Ərdoğanı “Avropa Siyasi Birliyi”nin 2026-cı ildə İrəvanda keçiriləcək sammiti çərçivəsində Ermənistanda gözləyirlər. 

Xatırladaq ki, Paşinyan Türkiyəyə ilk işgüzar səfərə gedib. 

tag: Paşinyan,Türkiyə,Ərdoğan ,Dəvət,Səfər,Todaypress.tv,