Ukrayna hökuməti dörd nazirliyi ləğv etdi

Dünya

21.07.2025 13:04

Ukrayna Nazirlər Kabineti ölkədə idarəetmənin optimallaşdırılması məqsədilə dörd nazirliyi ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Strana.ua" məlumat yayıb.

Ləğv olunan qurumlara Milli Birlik Nazirliyi, Strateji Sənaye Nazirliyi, Aqrar Siyasət və Ərzaq Nazirliyi, həmçinin Ətraf Mühitin Mühafizəsi Nazirliyi daxildir.

Müdafiə naziri Denis Şmıqal bildirib ki, Strateji Sənaye Nazirliyi Müdafiə Nazirliyi ilə birləşdirilib və onun idarəsinə verilib.

Hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk isə qeyd edib ki, Milli Birlik Nazirliyi Sosial Siyasət Nazirliyi ilə birləşdirilərək yeni yaradılan Sosial Siyasət, Ailə və Birlik Nazirliyi adlandırılıb.

Bundan əlavə, Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Ətraf Mühitin Mühafizəsi Nazirliyinin funksiyaları İqtisadiyyat, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi adlı yenilənmiş quruma həvalə olunub.

Rəsmi şəxslərin sözlərinə görə, bu dəyişikliklər hökumət strukturlarının daha çevik və səmərəli fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyır.

Türkan İsgəndərli

tag: Ukrayna,Ali Rada,Nazirlik,Qurum,Todaypress.tv,