İran yeni beynəlxalq qatar marşrutları açır

Dünya

20.07.2025 23:15

İranın Dəmir Yolları İdarəsinin baş direktoru Cabbar-Əli Zakeri Tehranın yaxın iki ay ərzində həm Türkiyənin Ankara şəhəri, həm də Əfqanıstanın Herat şəhəri ilə birbaşa dəmir yolu əlaqəsi quracağını bildirib.

TodayPress TV “Mehr”ə istinadən xəbər verir ki, Zakeri bu açıqlamanı sərnişindaşıma sahəsinə yatırımlar mövzusunda keçirilən tədbirdə səsləndirib. 

Tədbirdə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeq də iştirak edib.

Zakerinin sözlərinə görə, Tehran–Ankara qatarı iki ay ərzində istifadəyə veriləcək, Tehran–Herat xətti isə təxminən bir ay sonra fəaliyyətə başlayacaq.

O əlavə edib ki, yaxın gələcəkdə Türkmənistanın Mari və Tacikistanın paytaxtı Düşənbəyə dəmir yolu xətləri açılması da planlaşdırılır.

Zakeri həmçinin Tehran–Van marşrutunun beşillik fasilədən sonra yenidən işə salındığını xatırladaraq bildirib ki, İranın beynəlxalq dəmir yolu marşrutları bölgə ölkələri ilə əlaqələrin güclənməsində mühüm rol oynayacaq.

Qiymət Mahir

tag: İran ,Cabbar-Əli Zakeri,Tehran,Ankara ,Todaypress.tv,