Ukrayna ABŞ ilə dron sazişi üzrə danışıqlar aparır

Dünya

02.10.2025 11:46

Ukrayna nümayəndə heyəti ABŞ-yə səfər edərək Pentaqon, Konqres və hərbi rəsmilərlə görüşlər keçirib. Görüşlərdə Ukrayna pilotsuz təyyarələrinin satışı, onların birgə modernləşdirilməsi və yeni platformaların hazırlanması imkanları müzakirə olunub.

TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, səfərin əsas məqsədi Drone Deal təşəbbüsünün həyata keçirilməsi və texniki danışıqların aparılmasıdır.

Bu təşəbbüs həm Ukrayna pilotsuz təyyarələrinin alınmasını, həm də Ukrayna-Amerika birgə istehsalat müəssisələrinin yaradılmasını nəzərdə tutur.

Umerov əlavə edib ki, Ukrayna pilotsuz uçuş aparatları texnologiyasında dünya lideridir və ölkənin təcrübəsi müttəfiqlər üçün böyük maraq doğurur. Görüşlərdə ABŞ və avropalı tərəfdaşların maliyyələşdirmə mexanizmləri, eləcə də gələcək tədarük planları müzakirə olunub.

Ukrayna nümayəndə heyəti vurğulayıb ki, strateji əməkdaşlığın dərinləşdirilməsi və müdafiə sənayesinin inkişafı ölkənin qələbəsinə və Avropanın təhlükəsizliyinə töhfə verəcək.

Jalə Rövşən

TodayPress TV

tag: Ukrayna,ABŞ,Pentaqon,Dron sazişi,TodayPressTV,