Türkiyənin ən yaşlı sakini 132 yaşında vəfat etdi
Dünya
01.08.2025 10:54
Türkiyənin cənub-şərqində yerləşən Binəkli kəndinin sakini Hodi Gürkan 132 yaşında dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib.
O, 1894-cü il iyulun 1-də anadan olub və 2025-ci il iyulun 30-da vəfat edib.
Gürkan ömrü boyu yaşadığı kənddə, öz evində son nəfəsini verib. O, Osmanlı İmperiyası dövrünü, Türkiyə Cümhuriyyətinin yaranmasını və müasir dövrü yaşamış azsaylı insanlardan biri olub.
Onun 7 övladı, 110 nəvəsi və çoxlu nəticəsi var.
Mütəxəssislər Gürkanın uzun ömrünü genetik faktorlar, ənənəvi kənd həyat tərzi və Aralıq dənizi pəhrizi ilə əlaqələndirirlər. Lakin onun yaşı rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı" və ya digər beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənməyib.
Hodi Gürkanın yaşı sənədlərlə təsdiqlənsəydi, o, dünyanın ən yaşlı insanı hesab oluna bilərdi. Lakin hazırda bu titul 116 yaşlı ispaniyalı qadın Maria Branas Moreraya aiddir.
Türkan İsgəndərli
tag: Türkiyə,Yaşlı,İnsan,Uzunömürlü,Todaypress.tv,