Türkiyə İsrail və İran arasındakı atəşkəsi alqışladı

Dünya

24.06.2025 16:47

Türkiyə, İsrail və İran arasında atəşkəs razılaşmasının əldə olunmasını məmnunluqla qarşılayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

“Atəşkəsin pozulması ilə bağlı səsləndirilən bəyanatları diqqətlə izləyirik. Qarşıdakı həssas dövrdə bütün tərəfləri atəşkəsə tam şəkildə əməl etməyə çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Türkiyə Yaxın Şərqdə sülh və sabitliyə bu gün hər zamankından daha çox ehtiyac olduğunu vurğulayaraq, dayanıqlı və əhatəli həll yollarının qətiyyətlə dəstəklənməli olduğunu bildirib.

Bu kontekstdə, diplomatiya və dialoq kanallarının açıq saxlanmasının həyati önəm daşıdığı xüsusi qeyd olunub.

Rəsmi Ankara əlavə edib ki, son hadisələr Fələstin məsələsinin həllinin təcili olduğunu bir daha nümayiş etdirib, çünki bu məsələ regiondakı uzunmüddətli problemlərin mərkəzində yer alır.

Sonda Türkiyə, regionda sülhün təmininə yönəlmiş bütün səyləri dəstəklədiyini və bu istiqamətdə konstruktiv töhfə verməyə hazır olduğunu bəyan edib.

Töhfə Səməd

tag: Türkiyə,İsrail,XİN,İran,Atəşkəs,todaypress.tv,