Türkiyə ABŞ ilə yeni strateji əməkdaşlığa doğru irəliləyir

Dünya

26.09.2025 16:41

Türkiyə və ABŞ arasındakı görüşlər geosiyasi və hərbi əməkdaşlıqda yeni bir mərhələ başlanmasını nəzərdə tutur.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp görüşündə "F-35" və "F-16" döyüş təyyarələri, Boeing təyyarələri və Strateji Mülki Nüvə Əməkdaşlıq Memorandumu müzakirə olunub.

Belə ki, əvvəllər Türkiyə Rusiyadan "S-400" raket sistemləri və nüvə enerjisi layihələri almışdı. Lakin indi ölkə ABŞ ilə hərbi və iqtisadi əməkdaşlığı gücləndirərək geosiyasi mövqeyini möhkəmləndirmək niyyətindədir.

Bu addım həm də Suriyada YPG/SDF məsələsi və Şərqi Aralıq dənizindəki gərginliklər fonunda Türkiyənin strateji təhlükəsizliyini qorumaq məqsədini daşıyır.

Görüş zamanı ABŞ ilə əməkdaşlıq çərçivəsində yeni nüvə əməkdaşlığı memorandumunun imzalanması və Türk Hava Yollarının Boeing-dən 75 təyyarə sifarişi məsələləri razılaşdırılıb. Lakin YPG/SDF məsələsi, ABŞ-nin Suriyadakı mövqeyi və regionda digər təhlükəsizlik sualları hələ də müzakirə olunmaqdadır.

Analitiklər hesab edir ki, Türkiyə bu yeni proseslə həm iqtisadi, həm hərbi, həm də geosiyasi mövqeyini gücləndirməyə çalışır.

Jalə Rövşən

TodayPress TV

tag: Türkiyı,ABŞ,Şərqi Aralıq,Suriya,Todaypress.tv,