Trampın tarifləri Tayvanın çip istehsalını ABŞ-yə yönəldə bilər
Dünya
08.08.2025 10:02
ABŞ Prezidenti Donald Trampın mikroçip idxalına 100%-lik tarif tətbiq etməklə bağlı təklifi, Tayvanda yarımkeçirici istehsalının bir hissəsinin ABŞ-yə köçürülməsi ilə nəticələnə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Tayvan İqtisadi Tədqiqatlar İnstitutunun eksperti Arisa Liu məlumat verib.
“Bu, yarımkeçiricilərin tədarük xərclərinin artmasına, elektronika məhsullarının qiymətlərinin yüksəlməsinə və bazarda əlavə qeyri-müəyyənliyə səbəb ola bilər. Eyni zamanda məşğulluq və əməkhaqqı səviyyəsinə, eləcə də yerli investisiyalara mənfi təsir göstərə bilər”, - deyə o, bildirib.
Xatırladaq ki, Tayvan Yarımkeçirici İstehsalı Şirkəti (TSMC) ABŞ-də çip istehsal gücünü artırmaq üçün qarşıdakı 4 il ərzində əlavə 100 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Şirkətin ABŞ-də 3 yeni çip fabriki, 2 qabaqcıl çip qablaşdırma mərkəzi və 1 tədqiqat-inkişaf müəssisəsi inşa edəcəyi gözlənilir.
Aysel Mətləb
tag: Tramp,Tarif,Tayvan,Çip,ABŞ,Todaypress.tv,