Filippin Misirlə kənd təsərrüfatı ticarətini genişləndirir
Dünya
11.06.2025 14:58
Filippin hökuməti kənd təsərrüfatı məhsullarının ixracını artırmaq məqsədilə Misirlə ticarət əlaqələrini gücləndirmək istiqamətində danışıqlar aparır. Xüsusilə manqo və banan kimi yüksək dəyərli meyvələrin Misir bazarına çıxarılması müzakirə olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Filippin Kənd Təsərrüfatı Nazirliyi çərşənbə günü açıqlama yayıb.
Məlumata görə, kənd təsərrüfatı naziri Fransisko Tiu Lorel Misirin Filippindəki səfiri Nader Nabil Zaki ilə görüşərək bu məsələni gündəmə gətirib.
Nazirliyin məqsədi məhsullar üçün yeni ixrac bazarları tapmaq və Şimali Afrika kimi strateji bölgələrdə ticarət imkanlarını genişləndirməkdir. Misir bu yaxınlarda Filippin durianına bazar girişi verib və Lorel bu addımın manqo və banan üçün də eyni imkanları yaradacağına ümid etdiyini bildirib.
Bundan əlavə, Filippin hazırda Misir üzümünün və kartofunun ölkəyə idxalı üçün zərərverici risk və qida təhlükəsizliyi qiymətləndirməsi prosesini yekunlaşdırmaq üzrədir.
Qiymət Mahir
tag: Misir,Filippin,Əlaqə,Genişlənmə,todaypress.tv,