Zaxarova: "Almaniya kanslerinin iddiaları psixiatrlıq mövzudur"
Dünya
30.08.2025 17:40
"Almaniya kansleri Fridrix Mertsin Rusiyanın sosial şəbəkələr vasitəsilə Almaniya işlərinə müdaxilə etdiyi barədə bəyanatı "artıq psixiatrların işi"dir".
TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "TASS" agentliyinə açıqlamasında bildirib.
Zaxarova, kanslerin Almaniyanın Rusiya ilə "münaqişə vəziyyətində" olması barədə dediklərinə münasibət bildirərək onun iddialarını əsassız adlandırıb.
"Bu, artıq psixiatrların sahəsidir. Almaniya üç ildir ki, Kiyevə ağır silahlar da daxil olmaqla, silah-sursat göndərir, indi isə sosial şəbəkələrə görə narahat olurlar", - deyə Zaxarova əlavə edib.
Qeyd edək ki, Merts daha əvvəl bildirmişdi ki, Rusiya Almaniyanın böyük hissəsini destabilizə edir və sosial media vasitəsilə müdaxilə əməliyyatları aparır.
Töhfə Səməd
tag: Almaniya ,Fridrix Merts,Rusiya,Mariya Zaxarova,Todaypress.tv,