Trampın məqsədi açıqlandı
Dünya
08.07.2025 18:45
ABŞ Prezidenti Donald Tramp hələ birinci prezidentlik müddətində İranın Qərblə yaxınlaşmasının və iqtisadi güclənməsinin qarşısını almağa çalışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RİA”ya açıqlamasında Yaxın Şərq Araşdırmaları Mərkəzinin İdarə Heyətinin üzvü Kirill Semenov danışıb.
Onun sözlərinə görə, Trampı sanksiyaların ləğvinin İranın güclənməsinə səbəb olacağına inandırıblar:
“Məhz buna görə də o, 2018-ci ildə birtərəfli qaydada nüvə sazişindən çıxdı. İranın nüvə proqramı yalnız ona təzyiq göstərmək üçün bəhanə idi".
Semenov hesab edir ki, Tehran əslində Qərb ölkələri ilə əməkdaşlığı davam etdirmək, iqtisadi və sosial proqramlarını inkişaf etdirmək, əhalinin rifahını artırmaq niyyətindədir. Lakin Qərb ölkələri, xüsusilə də bölgədəki Qərb dəstəkli rejimlər, inkişaf edən və alternativ mərkəzə çevrilə biləcək bir İranın mövcudluğundan narahatdırlar və bu səbəbdən qarşılıqlı əlaqələrin qarşısını almağa çalışırlar.
Qiymət Mahir
tag: ABŞ ,Donald Tramp,İran,Qərb,Todaypress.tv,