Trampın Kim Çen In ilə Asiyada görüşü planlaşdırılır
Dünya
18.10.2025 18:45
ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə Asiyada görüşü nəzərdən keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, Ağ Ev noyabrda Trampın Asiya səfəri zamanı iki lider arasında görüşün təşkilini planlaşdırır, lakin hələ ciddi logistik hazırlıq işləri aparılmayıb.
Mənbələr bildirir ki, Trampın bu ilin əvvəlində Şimali Koreya liderinə etdiyi ilkin təklif cavabsız qalıb.
Bunun əvəzinə ABŞ administrasiyası Çin lideri Si Cinpinlə görüşün təşkilinə fokuslanır.
Qeyd olunur ki, bu addım, ABŞ-Çin arasında artan ticarət gərginliyi fonunda önəmli hesab edilir.
Trampın Kim Çen In ilə görüş marağı isə avqust ayında Cənubi Koreya prezidenti Li Cae-Myonqun Ağ Evdə görüşü zamanı yaranıb. Li Trampa Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) ticarət nazirlərinin toplantısında Kimlə görüşmək fürsəti təklif edib.
Xatırladaq ki, Ağ Ev bundan əvvəl də Trampın Kim Çen In ilə görüşməyə hazır olduğunu açıqlamışdı.
Jalə Rövşən
tag: Ağ Ev,Asiya,Donald Tramp,Kim Çen In,Todaypress.tv,
