Trampın fərmanından sonra "Google Maps" Ontario gölünün adını dəyişdi
"Google Maps" ABŞ-dəki istifadəçilər üçün Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişib.
TodayPress TV xəbər verir ki, digər ölkələrdən axtarış zamanı əvvəlki “Ontario gölü” adı əvəzinə “Ontario gölü (Amerika gölü)” variantı göstərilir.
Bununla belə, xəritədə su hövzəsinin əvvəlki adı saxlanılıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 27-də Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə fərman imzalayıb.
Aysel Mətləb