Ərdoğan Zəfər Bayramı münasibətilə Türk xalqını təbrik etdi
Dünya
30.08.2025 12:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə xalqına müraciət edib.
TodayPress TV xəbər verir ki, o, 30 Avqust zəfərinin həm tarixi, həm də mənəvi əhəmiyyətinə diqqət çəkilib:
“Əziz vətəndaşlarım, qəhrəman millətim,
Tariximizin dönüş nöqtələrindən biri olan, şanlı səhifələrlə yazılmış 30 Avqust Zəfər Bayramının qürur və coşqusunu xalq olaraq bir daha yaşamağın sevincini hiss edirik.
Bu müqəddəs gün, Türk millətinin azadlıq və müstəqillik uğrunda nümayiş etdirdiyi misilsiz iradənin, sarsılmaz inamın və qəhrəmanlığın ən güclü rəmzlərindən biridir.
Qəhrəman ordumuzun vətən sevgisi və xalqımızın yekdil iradəsi ilə qazanılan Böyük Zəfər, əsarət zəncirlərini qıraraq müstəqilliyimizin yolunu açmış, Cümhuriyyətimizin təməli bu misilsiz zəfərlə atılmışdır”.
Ərdoğan bildirib ki, 30 Avqust yalnız hərbi zəfər deyil, eyni zamanda bir millətin yenidən dirçəlişinin, varlıq mübarizəsinin və əbədi müstəqilliyinin təsdiqidir. O, başda Qazi Mustafa Kamal Atatürk və silahdaşları olmaqla, vətən uğrunda canlarını fəda etmiş şəhidləri rəhmətlə, qaziləri isə minnətlə anıb:
“Bu mənalı gün münasibətilə başda Qazi Mustafa Kamal Atatürk və silah yoldaşları olmaqla, vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi isə dərin minnətdarlıqla yad edirəm. Əziz millətimizin 30 Avqust Zəfər Bayramını ən səmimi duyğularımla təbrik edirəm”.
Töhfə Səməd
tag: ərdoğan,30 avqust,Zəfər bayramı,Təbrik,Todaypress.tv,