Trampdan Çinə: “Qızıl yumurta verən toyuğu öldürməyin”
ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində məlumat mərkəzlərinin (data mərkəzlərinin) fəaliyyətinə qarşı etirazları tənqid edib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, ABŞ-nin müxtəlif bölgələrində icmaların data mərkəzlərinin yerləşdirilməsini istəməməsinin yeganə səbəbi onların sonda geridə qalmış və yoxsul vəziyyətdə qalmaq istəməsidir.
Onun sözlərinə görə, uğur qazanmaq, varlanmaq, daha az vergi ödəmək və yeni iş yerlərinin yaradılmasını istəyən icmalar data mərkəzlərinin yerləşdirilməsinə şərait yaratmalıdır.
“Yaxşı xəbər odur ki, data mərkəzlərini öz ərazilərində görmək istəyən çoxlu başqa yerlər var. Qızıl yumurta verən toyuğu öldürsək, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz”, - Tramp “Truth Social” platformasında yazıb.
ABŞ lideri əlavə edib ki, data mərkəzlərinə qarşı yaranan etirazların Çini sevindirməsi təəccüblü deyil. O, Pekinin belə bir prosesin ABŞ-də baş verdiyinə inana bilmədiyini bildirib.
Kübra Musayeva