Trampa sui-qəsd etmək istəyən şəxs saxlanıldı
Dünya
26.05.2025 11:33
ABŞ prezidenti Donald Trampı sosial şəbəkələrdə öldürməklə hədələyən amerikalı, ABŞ-bin Təl-Əvivdəki səfirliyinin filialına hücum etməyə cəhd etdiyi üçün İsraildə həbs olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Beast" məlumat yayıb.
ABŞ-nin Baş prokuroru Pam Bondi bildirib ki, şübhəli şəxs ABŞ-yə təhvil verildikdən sonra Trampın və amerikalıların həyatına təhdid yaratmaqda və səfirliyə qarşı hücum planlaşdırmaqda ittiham olunur.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılan şəxs 28 yaşlı ABŞ vətəndaşı Cozef Neumeyerdir. O, ötən həftə səfirliyin şöbəsinə gəlib, oradakı mühafizəçiyə tüpürüb və cavab tədbirləri zamanı içərisində üç Molotov kokteyli olan çantasını binanın yaxınlığına ataraq hadisə yerindən qaçıb.
Türkan İsgəndərli
tag: ABŞ,Donald Tramp,Tel-Əviv,Hücum,todaypress.tv,