Tramp: "Yaxın Şərqdə sülh üçün yaxşı şans var"
Dünya
29.09.2025 12:43
Donald Tramp Ağ Evdə Benyamin Netanyahu ilə görüşündən öncə Yaxın Şərqdə sülh üçün real imkan olduğunu bildirib və hər kəsin buna hazır göründüyünü vurğulayıb.
TodayPress TV xəbər verir ki, Donald Tramp "NBC News"a müsahibəsində administrasiyasının daxili və xarici siyasətini dəyərləndirib
O həmçinin İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyini bir daha qeyd edib
Tramp Portlendə Milli Qvardiya göndərilməsini müdafiə edərək orada hücumlar və yanğınlar baş verdiyini Amerikanın şəhərində bunun qəbuledilməz olduğunu deyib.
Çikaqonu cinayət yuvası adlandıran Tramp bu şəhərdə də federal əməliyyat keçirmək istədiklərini açıqlayıb.
O əlavə edib ki FTB-nin sabiq direktoru Kristofer Wrey vəzifədə olarkən uyğun olmayan addımlar atıb və Ədliyyə Nazirliyinin onu araşdırdığını düşündüyünü bildirib.
Trampın Qəzza planına görə HƏMAS və İsrail razılaşdığı halda hücumlar dayandırılacaq bütün israilli məhbuslar 48 saat ərzində qaytarılacaq Qəzza texnokrat hökumət tərəfindən idarə olunacaq təhlükəsizlik sülhməramlılar tərəfindən təmin ediləcək İsrail isə mərhələli şəkildə geri çəkiləcək.
Müvəqqəti administrasiya islahatlar həyata keçirdikdən sonra bölgə Ramallah administrasiyasına təhvil veriləcək. HƏMAS silahlarını yerə qoyacaq. Rəsmilərə qalmaq və ya ölkəni tərk etmək imkanı veriləcək. Əhali isə zorla köçürülməyəcək və gedənlər geri qayıda biləcək.
Jalə Rövşən
tag: Donald Tramp,Yaxın Şərq,Sülh,
