Tramp Yaxın Şərq ölkələrini birləşməyə çağırdı

Dünya

14.10.2025 10:23

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağı üçün hərtərəfli sülh sazişini imzaladığını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Ağ Ev rəhbəri bildirib ki, Yaxın Şərq ölkələri indi birləşməli və bölgədə sülhü təmin etməlidirlər. O, əlavə edib ki, Qəzza məsələsi ümumi Yaxın Şərq sülhünün bir hissəsidir və o, bu istiqamətdə böyük işlər gördüyünü vurğulayıb.

Xatırladaq ki, oktyabrın 13-də İsrail parlamentində çıxış edən Tramp Qəzzada münaqişənin başa çatdığını elan edib. Daha əvvəl oktyabrın 9-da Tramp İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsinə dair razılaşma əldə olunduğunu bildirmişdi.

Sazişə görə, bütün girovların tezliklə azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xəttə çəkilməsi nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Tramp,Qəzza,Sülh,Todaypress.tv,