Tramp: "Ukraynada atəşkəs sülh danışıqlarından əvvəl təmin olunmalıdır"

Dünya

14.08.2025 09:42

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərinin Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin təmin edilməsinin vacibliyi ilə bağlı mövqeyini dəstəkləyib.

TodayPress TV xəbər verir ki, bu barədə “NBC” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşə Ukraynada atəşkəsin təmin edilməsi məqsədilə yola çıxdığını bildirib. ABŞ və Avropa liderləri Ukraynada atəşkəsin sülh danışıqlarından əvvəl həyata keçirilməli olduğu barədə razılığa gəliblər.

Məlumata əsasən, tərəflər həmçinin Ukraynanın danışıqlarda ayrılmaz iştirakçı olmalı və hansı ərazi güzəştlərinə hazır olduğunu özünün müəyyən etməli olduğu barədə razılıq əldə ediblər. Mənbələrin sözlərinə görə, Avropa liderləri Trampın Putin atəşkəsə razılaşmasa, Rusiyaya sanksiyalar tətbiq etmək mövqeyindən təsirləniblər.

Qiymət Mahir

tag: ABŞ , Donald Tramp ,Avropa ,Vladimir Putin,Todaypress.tv,