Tramp Xark adasına endirilən zərbələri əks etdirən videolar yayımladı
ABŞ prezidenti Donald Tramp İranın Xark adasına zərbələri əks etdirən süni intellektlə hazırlanmış videolar yayımlayıb.
TodayPress TV xəbər verir ki, “Xark adasını parça-parça edirlər!!!” – deyə ABŞ Prezidenti “Truth Social”da yazıb.
Videolarda sahildəki tikililərə raket zərbələrinin endirilməsi və partlayışlar təsvir olunur.
Tramp videoları hansı məqsədlə paylaşdığını açıqlamayıb.