Tramp və Li Çje Myon hərbi ittifaqı yeniləməyi müzakirə edəcək
Dünya
06.08.2025 10:07
Cənubi Koreya Prezidenti Li Çje Myon və ABŞ Prezidenti Donald Tramp avqustun sonunda keçiriləcək sammitdə iki ölkə arasında hərbi ittifaqın yenilənməsi məsələsini əsas müzakirə mövzusu edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə “KBS” telekanalına danışan, görüşün hazırlanmasında iştirak edən diplomatik mənbə məlumat verib.
Onun sözlərinə görə, tərəflər sammitdə tarif sazişi, təhlükəsizlik məsələləri və regional sabitlik daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif aspektlərini nəzərdən keçirəcək.
Əsas diqqət ABŞ hərbi qüvvələrinin Koreya yarımadasındakı mövcudluğunun miqyası və rolu, Cənubi Koreyanın müdafiə büdcəsinin artırılması, Pxenyanın təhdidlərinə qarşı Seulun rolu, habelə müharibə şəraitində Cənubi Koreya ordusuna əməliyyat nəzarətinin ötürülməsi kimi məsələlərə yönələcək.
Qiymət Mahir
tag: Cənubi Koreya,Li Çje Myon,ABŞ ,Donald Tramp ,Koreya ,Todaypress.tv,