Gürcüstanda dövlət çevirilişi etmək istəyənlər saxlanıldı
Dünya
06.10.2025 11:51
Gürcüstan Prokurorluğu beş müxalifət liderini dövlət çevrilişi təşkil etmək və hökuməti devirməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
İttiham olunanlar arasında Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze var.
Onlar Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə çağırmaqda, qrup zorakılığı təşkil etməkdə və ona rəhbərlik etməkdə günahlandırılırlar. Dövlət çevrilişi cəhdinə görə 9 ilə qədər həbs cəzası verilə bilər.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçirilib. Eyni gündə müxalifət paytaxtda etiraz aksiyası təşkil edib, bu zaman polislə toqquşmalar olub. Etirazçılar hökumətin istefasını və Avropa İttifaqına inteqrasiya səylərinin bərpasını tələb ediblər.
Türkan İsgəndərli
tag: Gürcüstan,Müxalifət,Dövlət,İttiham,Todaypress.tv,
