Tramp Rusiya və Çinlə nüfuz bölgüsü üzrə razılaşma hazırlaya bilər
ABŞ prezidenti Donald Tramp Rusiya və Çinlə dünya üzrə nüfuz bölgüsünə dair mümkün bir razılaşma hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti analitik mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Trampın bəzi bəyanatları və davranışları onun 19-cu əsr imperialist siyasəti ruhunda Moskva, Pekin və Vaşinqton arasında güc mərkəzləri yaratmaq istəyindən xəbər verir.
Analitiklər bildirir ki, Trampın Qrenlandiya, Kanada və Panam kanalı üzərində nəzarət əldə etməklə bağlı dedikləri, həmçinin Rusiyanın “yeni əraziləri” üzərində suverenliyini tanımağa hazır olduğunu bildirməsi bu yanaşmanı nümayiş etdirir.
Bununla belə, NYT-yə danışan Tramp administrasiyasının bir sıra rəsmiləri hesab edir ki, onun bu istiqamətdəki hərəkətləri müəyyən bir strategiyaya əsaslanmır və daha çox spontan xarakter daşıyır.
Töhfə Səməd
tag: ABŞ ,Donald Tramp,Rusiya,Çin,todaypress.tv,