Zaxarova: "Rusiya münaqişənin həlli üzrə memorandum hazırlığını davam etdirir"

Dünya

27.05.2025 11:23

4

"Rusiya Federasiyası Ukraynadakı münaqişənin siyasi-hüquqi yollarla həlli məqsədilə memorandum hazırlanmasını davam etdirir". 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, Moskva regional sabitliyin bərqərar olunması və münaqişənin diplomatik yollarla nizamlanması istiqamətində praktiki addımlar atmaqda qərarlıdır. O, qeyd edib ki, hazırlanan sənədin əsas məqsədi uzunmüddətli sülhün təmin olunmasına xidmət etməkdir.

"Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı memorandumu hazırlayan kimi Kiyevə təhvil verəcək. Sənəddə Ukraynada nizamlanmanın mümkün müddətləri göstəriləcək", - deyə o əlavə edib.

Töhfə Səməd 

tag: Rusiya ,Ukrayna,Memirandum,todaypress.tv,