Tramp Rusiya ilə razılaşmaq istədiyini açıqladı

Dünya

24.06.2025 16:57

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə anlaşma əldə etmək istədiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, o, bu fikri NATO sammitinə yola düşərkən təyyarədə jurnalistlərlə söhbətində bildirib.

Jurnalistlər Trampdan NATO liderlərinin görüşü nəticəsində qəbul olunacaq yekun bəyanatda Rusiyaya dair gözlənilən ifadələri şərh etməsini xahiş ediblər.

“Mən əvvəlcə buna baxmalıyam. Amma mən Rusiya ilə razılıq əldə etmək istərdim. Bildiyiniz kimi, Rusiya Prezidenti Vladimir Putin mənə zəng etdi. O, məndən soruşdu ki, İranla bağlı sizə kömək edə bilərəmmi? Mən isə cavab verdim ki, xeyr, mənə İranla bağlı kömək lazım deyil. Mənə sizlərlə bağlı kömək lazımdır. Və ümid edirəm ki, Rusiya ilə razılaşma əldə edə biləcəyik”, - deyə Tramp bildirib.

Töhfə Səməd

tag: Tramp,Rusiya,ABŞ,Putin,Todaypress.tv,