Tramp: "Putin məni məyus etdi"
Dünya
19.09.2025 09:51
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sülh istəmir.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri ABŞ Prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında deyib.
Görüş Trampın Britaniyaya dövlət səfəri zamanı baş tutub.
Starmer deyib ki, son günlərdə Rusiyanın Ukraynaya qarşı təşkil etdiyi böyük hücumlar daha çox qan tökülməsinə və NATO hava məkanının pozulmasına səbəb olub. Baş nazir əlavə edib ki, bu hərəkətlər sülh istəyən bir liderə yaraşmır.
O həmçinin bildirib ki, Tramp ilə birlikdə Putinə necə daha çox təzyiq göstərməyi müzakirə ediblər.
Donald Tramp isə bildirib ki, Putin onu məyus edib. Ağ Ev rəhbəri həmçinin bəzi ölkələrin Rusiya neftini almaqda davam edərək müharibəni dolayısı ilə maliyyələşdirdiyini tənqid edib.
Türkan İsgəndərli
tag: Britaniya,Starmer,Rusiya,Putin,Todaypress.tv,